"Adidas" rəqəmlərin nasist kimi görünməsinə səbəb olan şriftə görə Almaniya millisinin formasından 44 rəqəmini çıxaracağını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sport Bild"ə şirkət nümayəndəsi Oliver Bruggen məlumat
verib.
"44 nömrəni mümkün qədər tez bloklayacağıq. "Adidas" təxminən 100 ölkədən insanları işə götürür, müxtəlifliyi və inklüzivliyi təşviq etmək öhdəliyi götürür və bir şirkət olaraq bütün sahələrdə ksenofobiya, antisemitizm, zorakılıq və nifrətə qarşı fəal şəkildə kampaniya aparırıq", deyə məlumatda bildirilir.
Almaniya millisinin komandasının formasında 44 nasist Almaniyasında istifadə edilən "CC rune"ni xatırladır.
Aydın
Şərhlər