İdman məhsulları istehsalçısı olan Almaniyanın Adidas şirkəti məşhur reper Kanye Vestlə uzunmüddətli anlaşmanı pozub.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb reperin mübahisəli açıqlamaları və qalmaqallarla dolu şəxsi həyatı olub. Bu müqavilənin pozulması nəticəsində şirkət böyük zərər edə bilər.
Ortaqlığın sona çatmasına baxmayaraq "Adidas" özünün "Yeezy" brendini ayaqda saxlamağı planlaşdırmışdı. Ancaq müqavilənin pozulmasından sonra şirkət sözügedən brendə aid 1,3 milyard dollarlıq ayaqqabı satılmayıb.
Vest antisemit açıqlamaları ilə gündəm olub və bir çox brendlərlə əməkdaşlığı pozulub. Lakin "Adidas" daha çox əziyyət çəkən tərəfdir. Brendin baş direktoru Şimali Amerikada satışlarının 20 faiz azaldığını açıqlayıb. Brend indi bu ayaqqabılardan gəlir əldə etmək üçün yollar axtarır.
Səbuhi Həsənov
Şərhlər