Xəbər lenti

Adil İsmayılovdan sonra Eldar Həsənovun vəkili o oldu
Ölkə06:47 06.01.2021

Adil İsmayılovdan sonra Eldar Həsənovun vəkili o oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın həbsdə olan sabiq baş prokuroru, keçmiş səfir Eldar Həsənovun yeni vəkilinin kimliyi məlum olub.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, bundan öncə E.Həsənovun hüquqlarını tanınmış vəkil Adil İsmayılov müdafiə edirdi. A.İsmayılov dekabrın 3-də koronavirus xəstəliyindən vəfat edib.
İndi isə sabiq prokuror E.Həsənov vəkil Adəm Məmmədovla müqavilə bağlayıb. Adəm Məmmədov artıq Eldar Həsənovla Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında görüşüb.
Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.