Xəbər lenti

Adil Mirseyidin ikinci fərdi sərgisi keçiriləcək
Ölkə09:08 21.01.2014

Adil Mirseyidin ikinci fərdi sərgisi keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynar.info xəbər verir ki, anvarın 24-də saat 19.00-da tanınmış sənət adamı, şair-publisist, rəssam Adil Mirseyidin ikinci fərdi sərgisi keçiriləcək.“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi bu sənət tədbiri “satış-sərgi” formasında keçiriləcək və xeyriyyə xarakteri daşıyacaq. Belə ki, Adil Mirseyidin səhhətində uzun müddətdir davam edən problemlər onun ciddi müalicə almasını zəruri edib və bu səbəbdən “satış-sərgi”dən əldə edilən vəsait onun tədbirdə iştirak edən ailə üzvlərinə təhvil veriləcək ki, sənətçinin müalicəsi prosesinə bir dəstək olsun.

İşadamları, millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının, KİV-in nümayəndələrinin qatılacağı “satış-sərgi”yə bütün maraqlananlar dəvətlidir.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri millət vəkili Qənirə Paşayeva ümidvar olduğunu bildirib ki, sənətsevər ictimaiyyətimiz Adil Mirseyidin gözəl sənət əsərlərini seyr etməyə və onları ailələrinə, doğmalarına hədiyyə etmək üçün sərgiyə gələcək, öz dəstəklərini göstərəcəklər. Hər kəs dəvətlidir.
Qeyd edək ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının Art  Qalereyasında (Azərbaycan prospekti 11/19 – “Türk Hava Yolları”nın mərkəzi ofisi, DİN və Mərkəzi Univermağın yaxınlığı) keçiriləcək.


Qaynar.info