Xəbər lenti

Adını tarixə yazdıran qadınlar
Dünya14:39 23.06.2014

Adını tarixə yazdıran qadınlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həyatın hər sahəsində uğurlu qadınları görmək mümkündür. 

Anspress tarixi adını yazdıran bəzi qadınları oxucuları ilə tanış edir. 

Marion Donovan

Marion Donovan adlı qadın uşaq dünyaya gətirdikdən sonra tez-tez çirklənən paltarla qarşılaşmağa başladı. Bundan sonra o çirkli paltarlarla mübarizə üsulu axtarışına çıxdı. 1951-ci ildə uşaq bezinin patentini alaraq adını tarixə yazdırdı və bütün dünya sakinlərini sözün əsl mənasında xilas etdi. 

Lillian Moller Gilbret

Lillian “Superwomen” (Superqadın) adı ilə tanınıb. Buna səbəb isə onun 12 övladının olması olub. Sənaye mühəndisi olan Lillian qadınların həyatını asanlaşdıran mikser, soyuducunun qapılarındakı rəfləri icad edib. 

Mari Flips Jacop

Qadınların əsas alt paltarı olan büsqalteri tapan ilk qadın olub. Mari 1914-cü ildə Amerika Patent Ofisinə müraciət edərək ixtirasına patent alıb. 

Josefina Kokrane

İlk qabyuyan maşını tapan və patentini alan qadındır. Josefina əslində çox zəngin olub və ev işləri görməyib. O, bu ixtiranın patentini 1950-ci ildə alıb. 

Stefani L.Kvolek

Heç evlenməyən və uşağı olmayan Stefanie özünü tamamailə kariyerasına həsr edib. O, 1963-cü ildə “kevlar” adlı materiyalı taparaq zirehli jileti icad edib. 

Melitta Bentz

İki uşaq anası Bentz avropalılar üçün önəmli ixtira edib. O, qəhvə filtrini tapan qadındır. 

Qaynar.info