Xəbər lenti

Aeroportda bomba həyəcanı
Dünya07:16 15.01.2015

Aeroportda bomba həyəcanı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın paytaxtında Leonardo do Vinçi adına Beynəlxalq aeroportda bomba həyəcanı yaşanıb. Anspress-in məlumatına görə, təyyarədə bomba olması şübhəsi ilə bütün sərnişinlər təxliyyə olunub.
Təyyarənin uçmasına bir neçə dəqiqə qalmış sərnişinlərdən biri pilota bildirib ki, onun baqajında partlayan maddələr var. 
Bu xəbərdən sonra Avstriya şirkəti Fly Niki-yə aid təyyarə aeraportun təcrid sahəsinə keçirilib və bütün sərnişinlər təxliyyə olunub.
Lakin təhlükəsizlik qüvvələri yoxlama apararkən heç bir şübhəli əşya aşkar olunmur. 
Mənbələrin bildirdiyinə görə, bomba haqqında danışan saxlanılıb və hazırda dindirilir. Onun təhlükəli bəyanatı etmə səbəbi hələ də məlum deyil.
Qaynar.info