Xəbər lenti

Məşhur müğənninin anasının əl-qolunu bağlayıb, evini soydular
Maqazin09:23 04.03.2018

Məşhur müğənninin anasının əl-qolunu bağlayıb, evini soydular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur türk müğənni Ece Seçkinin anası ilə birgə yaşadığı evə oğrular girib.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə müğənni özü məlumat verib.
"Anam evdə olmadığı vaxt 2 maskalı şəxs evə girib. Anam evə gələndə oğrularla qarşılaşıb. Onlar anamın əl-ayağını bağlayıb, saçından sürüyərək yuxarı mərtəbəyə çıxarıblar. Daha sonra onu üzü üstə yerə yatırıb, ağzını 8 qat bağlayaraq boğmaq məqsədilə üzünə yuxu spreyi sıxıblar. Ardınca isə onu bıçaqla hədələyiblər. Anam özünü yuxululuğa vurduqdan sonra həmin şəxslər evdən oğurladığı əşyalarla birgə ön qapıdan çıxaraq qaçıblar. Polisin apardığı 16 saatlıq əməliyyatdan sonra məlum olub ki, evimizin açarının üzünü 4 ay öncə bizim evin qarşısındakı villada çalışan əcnəbi bir qadın çıxarıb və qohumlarına verib. Qayrettepe Oğurluq Şöbəsi oğurlanan bütün əşyaları Bahçeşehir səmtində bir konteynerdə tapıb. Şübhəli şəxslərin qohumu hadisəni etiraf edib. Hazırda digər iki şübhəli şəxs axtarılır".
Müğənninin hazırda anası Lalə Seçkinin vəziyyətinin yaxşı olduğunu bildirib.
Faktla bağlı araşdırma davam etdirilir.