Xəbər lenti

AFFA-da dəyişiklik
İdman09:30 14.08.2013

AFFA-da dəyişiklik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

İclasda Premyer Liqada legioner limiti yenə dəyişdirilib.

Qərara əsasən, yeni mövsümdən Azərbaycan çempionatında bir matçda əsas heyətdə yeddi yox, altı legioner oynayacaq, digər beş futbolçu isə yerli olmalıdır. Onlardan ikisinin yaşı 21-i keçməməlidir.

Xatırladaq ki, hazırda çempionatdakı legioner limiti 7+3-1 qaydasındadır.

Bundan başqa, bu mövsüm Premyer Liqada sonuncu yeri tutan komanda birinci diviziona düşəcək, birinci divizionun qalibi isə Premyer Liqaya yüksələcək.

Qaynar.info