Xəbər lenti

AFFA-dan Elmar Baxşıyevə cəza
İdman09:55 07.09.2023

AFFA-dan Elmar Baxşıyevə cəza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Qaynarinfo-nun məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının beşinci turu çərçivəsində yol verilən qayda pozuntularına dair aşağıdakı qərarlar çıxarılıb.
"Sabah” – "Turan Tovuz” oyununda "Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);
"Qəbələ” – "Zirə” oyununda "Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);
"Qəbələ” – "Zirə” oyununda "Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 53.2);
"Qəbələ” – "Zirə” oyununda "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Zirə” klubu 700 manat cərimə edilir (maddə 37);
"Kəpəz” – "Araz-Naxçıvan” oyununda "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
"Səbail” – "Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Səbail” klubu 800 manat cərimə edilir (maddə 51.2)
Səbuhi Həsənov