Xəbər lenti

AFFA Hakimlər Komitəsinin yeni sədri nə vaxt təsdiqlənəcək?
İdman 14:57 13.07.2024

AFFA Hakimlər Komitəsinin yeni sədri nə vaxt təsdiqlənəcək?

AFFA Hakimlər Komitəsinin yeni sədri İcraiyyə Komitəsinin növbəti iclasında təsdiqlənəcək.

Bu barədə "Report"a AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov məlumat verib.

Ötən gün baş tutan iclasda qəbul olanan qərarlar barədə danışan "Neftçi"nin veteran futbolçusu yeni komitə sədrinin adının dəqiqləşəcəyi tarix barədə danışıb:

"Növbəti iclasda artıq AFFA Hakimlər Komitəsinin yeni sədri bəlli olacaq. Çalışırıq ki, qəbul ediləcək hər bir qərar ölkə futbolunun xeyrinə olsun. Azərbaycan Premyer Liqasının başlamasına qısa müddət qalıb. İstisna hal olacağı təqdirdə onlayn iclasda yeni sədrin adı təsdiqini tapacaq".

S.Qurbanov Sahib Məmmədovun çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçi postuna təyinatı ilə bağlı fikirlərini bölüşüb:

"Sahib Məmmədovun futboldakı keçmiş xidmətləri müzakirə olundu. Litva yığmasındakı məşqçilik illəri göz önünə gətirildi və yeni təyinat reallaşdı. Ümidimiz böyükdür, inanırıq ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri postu türkiyəli Barış Şimşəklə yollar ayrılandan sonra boşdur. Azərbaycanın çimərlik futbolu millisinə isə buna qədər Zeynal Zeynalov rəhbərlik edirdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->