Xəbər lenti

AFFA iki klubu cərimələdi
İdman11:30 04.03.2022

AFFA iki klubu cərimələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo qurumun rəsmi saytna istinadən xəbər verir ki, iclasda 17-ci turda baş tutan oyunlardan ikisi ilə bağlı aşağıdakı qərarlar qəbul edildi:
Premyer Liqanın XVII turunun "Sabah” – "Neftçi” oyununda "Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur. "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
"Səbail” – "Zirə” oyununda "Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
Səbuhi Həsənov