Xəbər lenti

AFFA Kamran Ağayevə iş verdi
İdman12:35 11.01.2022

AFFA Kamran Ağayevə iş verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan milli komandasının sabiq qapıçısı Kamran Ağayevlə görüşüb.
 
Qaynarinfo qurumun rəsmi saytına istindən xəbər verir ki, Məmmədov futbolçu karyerasını başa vuran Kamran Ağayevə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb. 
K.Ağayev karyerası ərzində Türkiyə, Portuqaliya, Çexiya klublarında çıxış edib və Azərbaycan milli komandasının heyətində 79 oyun keçirib. AFFA-nın təklifi ilə Kamran Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək, milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.
Görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak edib. 
Səbuhi Həsənov