AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 8-ci turunda qayda pozuntularına yol verənlər cərimələnib.
"Sabah” – "Sumqayıt” oyununda qonaqların futbolçusu Murad Xaçayev "aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Oyunun mətbuat konfransı zamanı "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün klub 1600 manat cərimələnib.
"Keşlə” – "Qəbələ” matçında isə "Qəbələ”nin futbolçusu Stefan Vukçeviç ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
"Səbail” – "Qarabağ” oyununda isə meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.
Səbuhi Həsənov