İdman 15:43 01.04.2022

AFFA "Sumqayıt"la "Qarabağ"ı cərimələdi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Qaynarinfo xəbər verir ki, Premyer Liqanın 20-ci turuna həsr olunmuş iclasda qaydalar çərçivəsindən çıxanlar cəzalandırılıb. "Keşlə” – "Sumqayıt” oyununda "Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. "Zirə” – "Qarabağ” matçında isə "Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.
 
Səbuhi Həsənov