Qərbi Afrika ölkəsi Malidə Fulani qəbiləsinə silahlı hücum təşkil edilib.
Qaynarinfo xəbər verir ki, Dozos ovçu qrupunun üzvləri kimi geyinmiş şəxslər Kouloqon kəndinə hücum edib. Nəticədə evlərə od vurulub, aralarında qadın və uşaqlar da olmaqla 37 nəfər öldürülüb.
Qeyd edək ki, maldarlıqla məşğul olan Fulani qəbiləsi son illərdə tez-tez hücumlara məruz qalır.
Gülşən