Xəbər lenti

Afrikada daha bir ölüm mənbəyi: vəba 40 can aldı
Dünya13:55 22.11.2014

Afrikada daha bir ölüm mənbəyi: vəba 40 can aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddətdir Ebola kabusunu yaşayan Afrikada daha bir xəstəlik yayılmağa başlayıb. Qaynar.info xəbər verir ki, qitənin şərqindəki Madaqasqarda vəba yayılıb.

Artıq 40 nəfər bu xəstəliyin qurbanına çevirilib. Ümumdünya Səhiyyə Təşkilatı ümumilikdə 80 nəfərin vəbaya yoluxduğunu açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir ki, xəstəliyin paytaxt Antananarivoda sürətlə yayılmaq təhlükəsi var.

Qaynar.info