Zimbabvedə yaşayan və "dəvəquşu xalqı" adlandırılan bir qəbilənin ayaq barmaqlarını görənlər təəccüblərini gizlədə bilmirlər.
Qaynarinfo xəbər verir ki, sadəcə iki barmağı olan qəbilə üzvlərinin əksəriyyətində bu anormallıq müşahidə olunur.
Zambezi çayı sahilində yaşayan qəbilə Vadoma qəbiləsi adlandırılır. Onlar rahatlıqla yeriyə bilir, amma qaçmaları olduqca çətindir.
Vadoma qəbiləsi "ektrodactyly" adlandırılan nadir xəstəlikdən əziyyət çəkir. "Ektrodactyly" irsi xəstəlik hesab olunur. Qəbilə üzvlərinin kənardan evlənlənməsi yasaq olduğundan xəstəlik daha geniş yayılır. Bu xəstəlik 90 min nəfərdə bir görülür.