ABŞ Rusiyaya qarşı əhəmiyyətli sanksiyalar paketi təqdim etməyə hazırlaşır. Onun məqsədi müdafiə sənayesini məhdudlaşdırmaq və ixrac imkanlarını azaltmaqdır.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.
"Biz bu həftənin sonunda sanksiyalar paketini təqdim etməyi planlaşdırırıq, bu, təbii ki, Aleksey Navalnının faciəvi ölümündən sonra baş verəcək hadisə olacaq. Bu sanksiyalar paketi Rusiyanın Ukraynaya qarşı müharibəsinin ikinci ildönümünə də həsr ediləcək”, - Sallivan qeyd edib.
Onun açıqlamasına görə, bu sanksiyalar paketi Rusiyanın müdafiə sənayesi bazasının müxtəlif elementlərini və Rusiya iqtisadiyyatının gəlir mənbələrini əhatə edəcək ki, bu da birlikdə Rusiyanın hərbi imkanlarına təsir edəcək.
"Qeyd etmək lazımdır ki, bu sanksiyalar bizim son iki ildə müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə qurduğumuz artıq mövcud olan sanksiyalar sistemini tamamlayacaq”, - ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri əlavə edib.
O, həmçinin vurğulayıb ki, ABŞ və müttəfiqləri Rusiyanın Navalnı və Ukrayna ilə bağlı hərəkətlərinə, Rusiyanın beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlərə cavab olaraq sanksiyaların tətbiqini davam etdirmək üçün qətiyyətlə çalışırlar.
Nizami Bağırov
Şərhlər