"Zirə" futbolçusu Ağabala Ramazanovla yollarını ayırıb.
Qaynarinfo klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Ağabala Ramazanov 2020-ci ildən "Zirə"də çıxış edirdi. Azərbaycan millisində indiyədək keçirdiyi 18 oyunda bir qol vuran hücumçu əvvəllər "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt", "İnter" (indiki "Şamaxı), "Qarabağ" və "Səbail" klublarında oynayıb. O, 2011/12 mövsümündə "Neftçi", 2016/17 mövsümündə "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub, 2013-cü ildə "Xəzər Lənkəran"la ölkə Super Kubokunu qazanıb.