Ölkə 19:49 29.07.2022

Ağalı kənd orta məktəbində tədris prosesi nə vaxt başlayacaq?

Böyük qayıdışın ilkin mərhələsinin başlandığı Zəngilan rayonunun Ağalı kənd orta məktəbində sentyabrın 15-dən tədris prosesi başlayacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə tarixində ilk dəfə olaraq Ağalı kənd məktəbinə vakant yerlər təqdim olunacaq.

Vakansiya seçimində müsabiqə üzrə minimum tələbi ödəyən namizədlər iştirak edə bilərlər.