Xəbər lenti

Ekonomiks 13:45 21.04.2024

Ağcabədi sakini: "100 min manatdan artıq pulum mənimsənilib" (VİDEO)

Ağcabədi sakini 100 min manatdan artıq pulunun mənimsənildiyini deyir.

Ryon sakini Elçin Nəsirov iddia edir ki, Rusiyada yaşayan Şükür Ağayev onun xeyli miqdarda pulunu mənimsəyib.

Elçin Nərimanov bir neçə il əvvəl Rusiyada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. Bir neçə dəfə Şükür Ağayevdən qızıl zinət əşyaları alıb. Sonuncu dəfə isə 100 min manatdan artıq pul göndərsə də, qarşılığında qızıl gəlməyib.

Elçin Nərimanov iddia edir ki, ona ümumilikdə 100 min manatdan artıq ziyan dəyib.

Elçin Nərimanov deyir ki, Şükür Ağayev dəfələrlə müxtəlif vədlər verib. Amma nə pul geri qaytarılıb, nə də qızıl verilib. Hətta sonradan onun digər şəxslərə qarşı da oxşar əməlləri törətdiyini öyrəniblər. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

İddialara bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Şükür Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, həmin şəxslərlə əvvəldən heç bir əlaqəsi olmayıb. Öz həmkəndliləri kimi Rusiyada ona yaxınlaşaraq kömək istəyiblər. O da kömək edib.

Şükür Ağayev sadalanan bütün iddiaları şər və böhtan adlandırıb.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->