"Ağdam Conference Center" (Ağdam Konfrans Mərkəzi) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta üzrə məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol irəli sürülüb.
Həmin maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
İş Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin icraatındadır.
Qeyd edək ki, 2023-cü ilin 19 iyununda yaradılan MMC-nin qanuni təmsilçisi Ağayev Saleh Səlim oğludur.
Aydın
Şərhlər