Xəbər lenti

Ağdam Sənaye Parkında daha iki şirkətə rezidentlik statusu verildi
Ekonomiks14:27 27.04.2022

Ağdam Sənaye Parkında daha iki şirkətə rezidentlik statusu verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkında daha iki sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 7-yə çatıb.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Prof-Dam” MMC 2 ha ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, "Metkons” MMC isə havalandırma,yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalı ilə məşğul olacaq. İnvestisiya dəyəri 9 milyon manata yaxın olan layihələrin reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək", - deyə o, qeyd edib.