Xəbər lenti

Ağdamda mina partlayışı, yaralı var
Ölkə10:19 26.12.2023

Ağdamda mina partlayışı, yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağdamda ANAMA əməkdaşı minaya düşüb.
Qaynarinfo ANAMA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə bu gün rayonun Sarıcalı kəndi ərazisində baş verib.
1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub.
Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.