Xəbər lenti

Ağdamda traktorçu minaya düşdü (YENİLƏNİB)
Ölkə22:12 17.12.2025

Ağdamda traktorçu minaya düşdü (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda mina hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Qaynarinfo-nun xəbərinə görə, bildirilib ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina hadisəsi baş verib. "1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", - deyə birgə məlumatda qeyd olunub.
 17:12:2025
Ağdamda traktorçu minaya düşüb.
Qaynarinfo "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.
Kənd sakini Məlik Qədir oğlu Məmmədov sahədə soğan səpərkən minaya düşüb. O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.