Xəbər lenti

Ağstafada partlayış oldu, iki nəfər öldü (YENİLƏNİB)
Ölkə17:35 22.04.2023

Ağstafada partlayış oldu, iki nəfər öldü (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxlərin Qazax rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
21.46
Ağstafa rayonunda kömür sexində partlayış baş verib, ölənlər var.
"Report"un məlumatına görə, hadisə rayonun Həsənsu kənd ərazisində qeydə alınıb.
Ölənlərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.