Britaniya şahzadəsi Harrinin xanımı Meqan Markl hamiləliyi zamanı dünyada ən çox təhqir olunan insan olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Markl etiraf edib ki, həmişə onun haqqında şərhləri ürəkdən qəbul edib. Buna görə də hersoginya üçün təhqir və nifrətin öhdəsindən gəlmək çətin olub. Meqan ona ünvanlanan nifrətin ən çoxunu hamiləlik dövründə aldığını qeyd edib. Hormonlar da onun vəziyyətinə təsir edib. Meqan bu müddət ərzində özünü və uşaqlarını daha çox qorumaq istəyib.
"Sadəcə insanların niyə bu qədər nifrət edə bildiyini düşünürsən. Bu, təkcə zorakılıq deyil, qəddarlıqdır. Bir qadın hamilə olanda və ya yeni uşaq dünyaya gətirəndə, bunu niyə edirlər? Bu, çox incə və müqəddəs bir vaxtdır", deyə hersoginya bildirib.
Markl qeyd edib ki, o, indi öz rifahı naminə nifrətdən və sosial şəbəkələrdən uzaq durmağa çalışır.
Aydın
Şərhlər