Avropa İttifaqının xarici siyasət xidməti Qəzza zolağında silahlı münaqişənin həlli üzrə 10 bəndlik planın ilkin variantını hazırlayıb. Bu plan Aİ xarici işlər nazirinin yanvarın 22-də keçiriləcək iclasında müzakirə olunacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Euractiv” sənədin surətinə istinadən məlumat
yayıb.
Sənəddə deyilir ki, "fəal beynəlxalq iştirak olmadan” münaqişə tərəfləri sülh danışıqlarına başlamayacaqlar. Planın bu əsas məqamı ilə əlaqədar olaraq Aİ, ABŞ, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Ərəb Dövlətləri Liqası və BMT-nin iştirakı ilə "hazırlıq sülh konfransı”nın keçirilməsinin zəruriliyi göstərilir.
Sənəddə qeyd olunur ki, konfransdan sonra onun iştirakçıları bir il ərzində yekun danışıqlar üçün münaqişə tərəflərinə təqdim olunacaq sülh planının çərçivəsini hazırlayacaqlar. Aİ sənədinin başqa bəndində fələstinlilərin HƏMAS-a siyasi alternativə ehtiyacı olacaq və İsrail hakimiyyəti sülh danışıqlarında iştirak etmək üçün "siyasi iradə” nümayiş etdirməli olacaq.
İsrail və HƏMAS arasında müharibə 7 oktyabr 2023-cü ildən davam edir.
Nizami Bağırov