Avropa İttifaqı Macarıstanın vetosundan yayınmaq üçün Ukraynaya hazırkı hərbi dəstək sistemindən imtina edir.
Qaynarinfo Polşanın RMF24 nəşrinə
istinadən xəbər verir ki, oktyabrın 9-da, çərşənbə günü Aİ səfirləri Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə edilən 50 milyard avro məbləğində kreditin verilməsi qaydaları haqqında saziş bağlamalıdırlar.
Saziş layihəsində nəzərdə tutulub ki, bu vəsaitin böyük hissəsi Aİ büdcəsindən maliyyələşən proqramlara, yalnız 5%-i isə əvvəllər Avropa ölkələrinin Ukraynanı silahlandırdığına görə kompensasiya üçün istifadə edilmiş Avropa Sülh Fonduna yönəldiləcək.
Bu qərar Macarıstanın vetosundan yan keçəcək yekdil razılıq tələb etmir. Bir Aİ diplomatı deyib ki, Macarıstan "utanmadan” artıq bir ilə yaxındır Ukraynaya ötürülən silahlar üçün Aİ ölkələrinə pulun qaytarıldığı Sülh Fondunun səkkizinci tranşını bloklayır. Məsələn, Polşa aylarla təxminən 2 milyard zlotı miqdarında ödənişi gözləyib.
Lakin bu həm də Avropa Sülh Fondunun büdcəsinin əhəmiyyətli dərəcədə azalması demək olacaq. Kiyev bu makromaliyyə yardımının bir hissəsini, məsələn, müdafiə sənayesini gücləndirməyə yönəldə bilsə də, Brüsselin pulunu ödədiyi üzv ölkələrin anbarlarından silah ötürmə sistemi keçmişdə qalır.
Nizami Bağırov
Şərhlər