Avropa İttifaqı Parlamenti Türkiyəyə 500 milyon dollar ödəyəcək.
Qaynarinfo xəbər verir ki, məbləğ miqrant uşaqların təhsili üçün verilir. Türkiyədə Aİ köməyi vasitəsilə təhsil alan miqrant uşaqların sayı 300 mindən çoxdur.
Qeyd edək ki, ötən həftələrdə Aİ liderləri Türkiyəyə miqrant qəbuluna görə 3 milyard dollar kömək barədə qərar qəbul edib.