Avropa İttifaqı Rusiya Federasiyasından istənilən asılılığa son qoymalıdır.
Bu barədə Qaynarinfo Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunun Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl verdiyi bəyanata istinadən xəbər
verir.
Onun sözlərinə görə, Rusiya ilə Avropa İttifaqı arasında münasibətlər Ukraynadakı vəziyyətin inkişafından asılı olacaq. Eyni zamanda, Buxarest sadələşdirilmiş viza rejiminin dayandırılmasını dəstəkləyir və turist vizalarının verilməsinə məhdudiyyətlərə açıqdır.
"Biz Rusiya ilə adi münasibətlərimizə qayıda bilmərik. Aİ ilə Rusiya arasında münasibətlərin gələcəyini qiymətləndirmək hələ tezdir. Çünki bu, Ukraynadakı hadisələrin inkişafından asılıdır. Amma bir şey aydındır: biz Rusiyadan istənilən asılılığa son verməliyik”, - Auresku bildirib.
Nizami Bağırov