Xəbər lenti

AİB-in vitse-prezidentinin Azərbaycana səfəri gözlənilir
Ekonomiks07:16 06.11.2016

AİB-in vitse-prezidentinin Azərbaycana səfəri gözlənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabrın ortalarında Asiya İnkişaf Bankının (AİB) əməliyyat məsələləri üzrə vitse-prezidenti Vensay Janqın Bakıya səfəri gözlənilir.

Bu barədə Trend-ə AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov məlumat verib.

Onun sözlərinə görə, vitse-prezidentin səfərinin dəqiq tarixi və gündəliyi məlum deyil.

Səfər çərçivəsində qurumun 50 illiyinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.

AİB 1966-cı ildə yaradılıb və 67 üzvü var.

Qaynarinfo.Az