Xəbər lenti

"Ailə TV"yə basqın edənlərə hökm oxundu
Ölkə12:30 01.08.2018

"Ailə TV"yə basqın edənlərə hökm oxundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Ağır Cinayətlər Məhkəməsində  "Ailə TV" kabel televiziyasının ofisinə basqın etməkdə təqsirləndirilən dəstə üzvləri - 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevə hökm oxunub.
Qaynarinfo-nun qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə K.Əliyev 12 il, R.Əhmədzadə 9 il 9 ay, digərləri isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxslər bir qrup şəxs halında əvvəlcə Xətai rayonu ərazisində yerləşən "Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar. Bundan başqa, adı çəkilən şəxslər Nizami rayonu ərzasində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər.