Xəbər lenti

Ağılları ilə hər kəsi heyran edən ulduzlar - VİDEO
Maqazin19:28 23.12.2016

Ağılları ilə hər kəsi heyran edən ulduzlar - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pərəstiş etdiyimiz, sevə-sevə izlədiyimiz, dinlədiyimiz məşhurlar...
Bu şəxslərin həm şəxsi həyatları, həm də gördükləri işlər hər zaman maraq doğurub. Lakin onlar arasında elələri də var ki, sadəcə oxuyub, oynayıb, şou göstərməklə deyil, ağılları ilə hər kəsi özlərinə heyran etməyi bacarırlar. Məsələn, amerikalı aktrisa Şeron Stoun kimi. Ulduzun İQ səviyyəsi nə az, nə çox 153-dür.
Mahnıları, səhnə performansları, geyimləri ilə daim diqqət mərkəzində olmağı bacaran Şakira isə ağılı, məntiqi ilə heyran etməyi bacarır. Ən azında onun 140 balla qiymətləndirilən İQ səviyyəsinə baxdıqda belə demək olar. Həmkarı Madonna isə yalnız bir balla ondan geri qalır.
Daha çox Mister Bin obrazı ilə məşhurlaşan aktyor Roven Atkinson.Ən ağıllı məşhurlar sırasında onun da adı var. Aktyorun iq səviyyəsi 178-dir.
Məlumat üçün bildirək ki,  normal bir insanın İQ səviyyəsi təxminən 100 olur. 120-dən yuxarı olanlar parlaq zəkalı, 140-dan yuxarı olan insanların zəkası isə ən yüksək səviyyədə, yəni mükəmməl zəkalı insanlar olur. İQ səviyyəsi 70-dən aşağı olan insanlar isə zəka ilə əlaqəli problem yaşayanlardır.(atv.az)
Qaynarinfo.Az