Bərdə rayonunda baş verən yol qəzasında 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Azərbaycanda baş verən yol qəzasında 3 nəfər ölüb. Qaynar.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 3-də saat 20.30 radələrində Bərdə rayonu Mirzəalıbəyli kəndinin ərazisində Alaçadırlı kənd sakinləri Nurlan Əliyevin idarə etdiyi “BMW” markalı və Orxan Kərimovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınlar toqquşub. Nəticədə O. Kərimov və sərnişinlərindən Sərkarlar kənd sakini Camal Zamanov hadisə yerində ölüb, xəsarət alan digər sərnişini Səxavət Zamanov, habelə N.Əliyev və sərnişinləri Şirvanlı kənd sakini Xəyyam Aslanov, Sumqayıt şəhər sakini Vüqar Abbasov, Alaçadırlı kənd sakinləri İsmayıl Süleymanov və Şəhriyar Cavadov xəstəxanaya yerləşdirilib. N. Əliyev orada dünyasını dəyişib.
Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.