Xəbər lenti

Akif İslamzadə ürək əməliyyatı keçirdi: Vəziyyəti necədir?
Ölkə09:20 08.05.2026

Akif İslamzadə ürək əməliyyatı keçirdi: Vəziyyəti necədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Teleqraf"a sənətkarın oğlu Ayxan İslamzadə məlumat verib.
O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:
"Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Bu gün qəfil vəziyyəti pisləşdiyi üçün təcili yardımla xəstəxanaya çatdırıldı".
Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var.