Xəbər lenti

Akif Muradverdiyev həbs edildi - YENİLƏNİB
Ölkə17:36 20.06.2013

Akif Muradverdiyev həbs edildi - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri Bakı aeroportunda saxlanıb
İyunun 20-də Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev Bakı aeroportunda saxlanıb. Qaynar.info xəbər verir ki, bu barədə vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib.
Vəkilin məlumatına görə, A.Muradverdiyev hazırda Səbayel rayon Polis İdarəsində və ya məhkəməsindədir. Muradverdiyevin mobil telefonu zənglərə cavab vermir.
İlkin məlumatlara görə, guya ondan qadağan olunmuş nə isə tapılıb.
A.Muradverdiyev 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə həbs edilmişdi. Sonradan bu ittiham iqtisadi ittihamla əvəz olunub və 6 il həbsə məhkum edilib.
Muradverdiyev 2008-ci il yanvarın 15-də Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmaqla cəzası şərti hesab edilərək azadlığa buraxılıb.
22:04
Akif Muradverdiyev hazırda Səbayel rayon məhkəməsinə gətirilib. Məhkəmənin qarşısında olan qohumlarından biri Amerikanın Səsinə bildirib ki, Muradverdiyev səhər saatlarında saxlanıb.
İlkin məlumatlara görə, o aerorotun gömrük və sərhəd xidmətlərini keçib neytral zonaya daxil olanda saxlayıblar və çantasında guya 18 min manat dəyəri olan 10-luq qızıllar olduğunu deyiblər. Halbuki bu vaxta qədər onun bütün yükləri gömrük nəzarətindən keçib və yoxlanıbmış. Muradverdiyev Moskvaya uçurmuş.
22:36
"Akif Muradverdiyev barəsində Səbayel rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib". Bunu APA-ya açıqlamasında Muradverdiyevin vəkili Fuad Ağayev deyib.
F. Ağayev bildirib ki, A. Muradverdiyev xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun həbs müddətində də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılmasına qərar verilib.
Vəkil deyib ki, A. Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur.