Xəbər lenti

Çakır Səudiyyə Ərəbistanında
İdman11:07 03.03.2016

Çakır Səudiyyə Ərəbistanında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

FIFA referisi Cüneyt Çakır Səudiyyə Ərəbistanı çempionatında oyun idarə edəcək.

Qaynar.info xəbər verir ki, Səudiyyə Ərəbistanı Hakimlər Komitəsinin sədri, sabiq ingilis referi Hovard Uebb şəxsən bunun üçün Türkiyə Futbol Federasiyasına müraciət edib.

Türkiyəli hakim Ərəbistan yarımadasında Ciddə şəhərində keçiriləcək "Əl-Əhli" - "Əl-Şabab" oyununda ədaləti qoruyacaq. Onun köməkçiləri isə Tarık Ongün və Alpaslan Dədəş olacaq.

Qeyd edək ki, bu matç martın 6-da keçiriləcək.

Qaynar.info