Xəbər lenti

Aksenov Krıma kütləvi PUA hücumunu açıqladı
Dünya06:34 24.07.2023

Aksenov Krıma kütləvi PUA hücumunu açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Krım səmasında ondan çox pilotsuz təyyarə vurulub. 
Qaynarinfo xəbər verir ki, respublikanın "rəhbəri” Sergey Aksyonovun sözlərinə görə, Ukraynaya məxsus 11 PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub və elektron vasitə ilə endirilib.
O, dronun Cankoy rayonundakı sursat anbarına dəydiyini, Kirov rayonundakı şəxsi evə pilotsuz təyyarənin parçaları tərəfindən ziyan vurduğunu bildirib. Krım rəhbəri qeyd edib ki, təhlükəsizlik məqsədilə Cankoy rayonunda və Cankoy-Simferopol avtomobil yolunda dəmir yolu hərəkəti dayandırılıb.
Respublika başçısı sakinləri sakit olmağa çağırıb.
Bundan əvvəl Moskvanın PUA-ların gecə hücumuna məruz qaldığı bildirilirdi. Sergey Sobyaninin sözlərinə görə, iki pilotsuz təyyarə qeyri-yaşayış binalarını vurub. Müdafiə Nazirliyi hadisəni Kiyevin terror aktı törətmək cəhdi adlandırıb.
Alpər