Polis Ermənistanın keçmiş polis rəisi Valeri Osipyanı saxlayıb.
Qaynarinfo xəbər verir ki, həmin vaxt o, "Müqavimət” hərəkatının üzvləri ilə birlikdə itaətsizlik yürüşündə olub və Qələbə körpüsündən Argişti küçəsinə gedən yolda olub.
Valeri Osipyan 2018-ci ildə Nikol Paşinyan tərəfdarlarının etirazları zamanı müxalifətlə əsas danışıqlar aparan şəxs kimi çıxış edib. Paşinyan hakimiyyətə gələrək onu Ermənistanın polis rəisi təyin edib.
2019-cu il sentyabrın 18-də o, vəzifəsindən azad edilib və elə həmin gün Ermənistan Respublikası baş nazirinin baş müşaviri təyin edilib. Bir neçə gün sonra, 8 oktyabr 2019-cu ildə isə müşavir vəzifəsindən istefa verib.