Avqustun 1-də Kürdəmir bazarında baş verən aksiyaya görə yerli polis şöbəsində saxlanan 5 nəfər sərbəst buraxılıb.
Aksiyada bir qrup kiçik sahibkar iştirak edib. Onlar bazarda yerpulunun bir neçə dəfə artmasına etiraz ediblər.
Bazarın deputat Fərhad Qəribovun oğlu Elnur Qəribova məxsus olduğu bildirir.
Fərhad Qəribov da bu gün polis şöbəsinə gedibmiş. Şöbədən çıxandan sonra o, Azadlıq radiosuna deyib ki, bazar həqiqətən onun oğluna məxsusdur. Ancaq bazarda heç bir qiymət artımı olmayıb, baş verənlərdən də xəbəri yoxdur.
Qaynar.info