
Aras Bulut İynəmli ilə rol aldığı “Maral” serialından sonra aktrisalığa ara verib, aşpazlıq kurslarına gedən Hazal Kaya yeni sevdaya düşüb.
Qaynarinfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa 4 aydır boks dərsləri alır.
Aktyor Kərəm Bursinin yeni serialda boksçu kimi görünəcəyi xəbəri yayılmış, həmin layihədə Hazal Kayanın da yer alacağı deyilmişdi.
Bu xəbər təsdiqlənməsə də, aktrisanın boks dərslərinə başlaması dedi-qoduların həqiqət olduğunu iddia edib.
Qaynarinfo.Az