Xəbər lenti

Aktrisanın “Rəsulzadə əsər yazmayıb” deməsi ortalığı qarışdırdı - VİDEO
Ölkə15:57 20.04.2017

Aktrisanın “Rəsulzadə əsər yazmayıb” deməsi ortalığı qarışdırdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aktrisa Vəfa Zeynalovanın “Rəsulzadə əsər yazmayıb” deməsi mətbuatda, sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

Belə ki, aktrisa A24.az saytının “Cavabım var” layihəsinin qonağı olarkən ən primitiv, öz sənətinə aid olan suallara cavab verə bilməyib.

“Rəsulzadənin hansı əsərini tanıyırsız” sualının da qarşısında aciz qalan aktrisa əvvəl Rəsulzadənin çoxsaylı əsər yazdığını, lakin hazırda xatırlamadığını desə də, sonda “Rəsulzadə əsər yazmayıb” deyib. Aktrisanın xüsusən də bu cavabı onu tənqidlərlə üz-üzə qoyub.

Məsələ ilə bağlı aktrisanın mövqeyini öyrənməyə çalışsaq da zənglərimiz cavabsız qaldı.

Qaynar.Az