Ukraynanın müdafiə naziri Aleksiy Reznikov istefa ərizəsini Ali Radaya təqdim edib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, "Facebook"da səhifəsində məlumat verib.
Reznikov Ukrayna prezidenti Volodimir Zelenskinin qərarını yerinə yetirmək üçün Ali Radaya istefa məktubu təqdim etdiyini vurğulayıb.
Reznikov 2021-ci ilin noyabr ayından hərbi idarəyə rəhbərlik edir. Bundan əvvəl o, Ukrayna baş nazirinin müavini (2020-2021) və ölkənin şərqindəki münaqişənin həlli üzrə üçtərəfli təmas qrupunda (2019-2020) Kiyevin nümayəndəsi olub. Ukrayna prezidenti bildirib ki, Müdafiə Nazirliyinə "həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyac var” və ona Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri, keçmiş deputat Rüstəm Umerov rəhbərlik etməlidir.
Aydın