XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Alfa Store" mağazasında 1587 manatlıq oğurluq
Ölkə15:51 16.07.2025

"Alfa Store" mağazasında 1587 manatlıq oğurluq

Nizami rayonunda fəaliyyət göstərən "Alfa Store” mağazasında oğurluq baş verib. 
Qaynarinfo-nun məlumatına görə, mağazadan müxtəlif adda siqaret, spirtli içki, ərzaq və qeyri-ərzaq məhsulları oğurlanıb. Mağaza sahibinə ümumilikdə 1587 manat ziyan dəyib. 
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müqarciət edilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin məhkəməni qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. 
Həmin şəxs oğurluğa görə əvvəllər də məhkum olunub. 
Cinayət işinə Nizami rayon məhkəməsində baxılıb. Müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. Məhkənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 
Seyid