Xəbər lenti

Ali Baş Komandan üçün bunun böyük bir əhəmiyyəti yoxdur... – Hərbi ekspert
Siyasət06:59 25.06.2021

Ali Baş Komandan üçün bunun böyük bir əhəmiyyəti yoxdur... – Hərbi ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Keçirilən bu görüş bir daha ölkə rəhbərliyinin vətən müharibəsində qəhrəmanlıq göstərən zabit, gizir və əsgərlərə göstərdiyi yüksək qayğının təzahürüdür”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə keçiriləcək Silahlı Qüvvələr Günü ilə bağlı təntənəli tədbirdən danışarkən deyib. Ekspert bildirib ki, Ali Baş Komandan həm yüksək rütbəli zabitlər, həm də sıravi əsgərlər üçün eyni münasibəti sərgiləyir, onlara eyni həssaslıqla yanaşır:
"Bu bir daha onu göstərir ki, vətən, torpaq üçün döyüşənlərin rütbəsinin, vəzifəsinin Ali Baş Komandan üçün böyük bir əhəmiyyəti yoxdur. Onun üçün əhəmiyyətli olan insanların, zabit, gizir və əsgərlərin öz vəzifə borclarını layaqətlə yerinə yetirməsidir”.
Qeyd edək ki, Azərbaycanda 26 iyun Silahlı Qüvvələr Günü təntənəli şəkildə qeyd olunacaq. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə təntənəli tədbir keçiriləcək. 
Bahar Rüstəmli