Xəbər lenti

Ali Hərbi məktəbdə həbs - MARAQLI FAKTLAR
Ölkə06:04 16.01.2014

Ali Hərbi məktəbdə həbs - MARAQLI FAKTLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ramiz Fərəməzovun Mirzəli Yusifovun “biznes ortağı” olduğu bildirilir 

Azərbaycan Ali Hərbi Məktəbinin tədris şöbəsinin rəisi mayor Ramiz Fərəməzov həbs edilib. Prokurorluq orqanları onun barəsində barəsində korrupsiya faktları üzrə istintaq araşdırmaları aparır. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə hərbi mənbələrdən məlumat verilib. Mənbə bildirib ki, məktəbin sabiq rəis əvəzi polkovnik Mirzəli Yusifov yanvar ayının ilk həftəsində həbs edilib. Ramiz Fərəməzovun Mirzəli Yusifovun “əlatısı” və “pul yığmaq” üzrə biznes ortağı olduğu bildirilir.

Mənbə bir sıra maraqlı faktları açıqlayıb: “Maraq doğuran fakt budur ki, Mirzəli Yusifovla və Ramiz Fərəməzovla iş ortağı olan Hərbi Mühəndis Kafedrasının rəisi vəzifəsini sifarişli olaraq 8 ildən çox icra edən vəzifəcə Hərbi Mühəndis Kafedrasının Silsilə rəisi olan polkovnik-leytenant Məmmədov Həsən Məmməd oğlu hətta Müdafiə Naziri general –polkovnik Zakir Həsənovun əmrini belə yerinə yetirmək istəmir. “Mən Naxçıvanlıyam və general Kərəm Mustafayevin adamıyam” deyərək hələ də at oynadır.  15 yanvar 2014-cü il tarixində Ali Hərbi Məktəbin rəisinə özünü təqdim etmiş hərbi xidmətini davam etdirmək üçün gəlmiş Hərbi Mühəndis Kafedrası rəisinin müavini  vəzifəsinə Müdafiə Nazirinin əmri ilə təyin olunmuş  polkovnik-leytenant Şeydayev Ruslan Fərhad oğlu  öz iş otağına polkovnik-leytenant Həsən Məmmədov tərəfindən buraxılmayıb. Silsilə rəisi Hərbi Mühəndis Kafedrası rəisinin müavini polkovnik-leytenant Ruslan Şeydayevə müəllimlər otağında oturmağı əmr edib. Əldə olunan məlumatlara görə Ali Hərbi Məktəbin rəisi general-mayor Heydər Piriyev işə qarışıb. Onun tapşırıqlarına baxmayaraq silsilə rəisi hələ də kafedra rəisinin xidməti iş otağını azad etmək istəmir”.

Qaynar.info