Xəbər lenti

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi nə vaxt başlayacaq?
Ölkə05:57 04.09.2021

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi nə vaxt başlayacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.
Qaynarinfo Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, həmin yerlərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.