Xəbər lenti

Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişiklik edilib
Ölkə05:38 11.03.2018

Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişiklik edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazirlər Kabineti "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişikliklər edib
Qaynarinfo report-a istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.
Dəyişikliyə görə, qərarın 1 və 2 nömrəli əlavələri aşağıdakı redaksiyada təsdiq edilib:
1 nömrəli əlavə - "Ayrı- ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” və 2 nömrəli əlavə - "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” yeni redaksiyada təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).
Aşağıda qeyd olunan 1 nömrəli əlavə ləğv edilib:
"Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı" və 2 nömrəli əlavə - "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı".