Xəbər lenti

Alimlər əllə yazmağın beyin üçün faydalarını aşkarladı
Sağlamlıq 20:24 26.01.2024

Alimlər əllə yazmağın beyin üçün faydalarını aşkarladı

Əllə qeydlərin yazılması klaviaturada yazmaqla müqayisədə beynin sahələri arasında əlaqələri daha yaxşı inkişaf etdirir. 

Qaynarinfo xəbər verir ki, bunu "Frontiers in Psychology” jurnalında dərc olunan araşdırma göstərir.

Alimlər 36 universitet tələbəsindən elektroensefaloqramma (EEQ) vasitəsilə toplanmış beyin fəaliyyəti məlumatlarını təhlil ediblər. Beyin fəaliyyətini ölçərkən onlardan bir neçə dəfə qələmlə yazmaq və ya ekranda görünən sözü klaviaturada yazmaq tapşırılıb. Onlar əl yazısı üçün rəqəmsal qələm və sensor ekrandan istifadə edib, klaviaturada yazarkən düymələri bir barmaqla basıblar.

İştirakçılar qələmlə yazanda beynin müxtəlif nahiyələrində aktivlik artıb, lakin klaviatura ilə yazanda bu baş verməyib. Alimlər hesab edirlər ki, qələmdən istifadə zamanı hisslərdən alınan vizual və motor informasiya beyində öyrənmə üçün zəruri olan əlaqələrin formalaşmasına daha yaxşı kömək edir. Klaviaturada yazarkən sadəcə düymələrə basmaq beyni daha az stimullaşdırır.

"Bu, həm də planşetdə yazmağı və oxumağı öyrənən uşaqların "B” və "D” kimi bir-birinin güzgü təsviri olan hərflərlə nə üçün çətinlik çəkə biləcəyini izah edir. Onlar sözün əsl mənasında bu hərfləri hiss etmirlər", deyə alimlər qeyd ediblər.

Alimlər bu qənaətə gəliblər ki, klaviaturada yazmağın bir çox faydası (sürət də daxil olmaqla) olsa da, vaxtaşırı əlyazmalardan istifadə etməyə dəyər.
Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->